×
A
A
A
Sazlamalar

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Vyana, 10 may, AZƏRTAC

Alman faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin və Şvartsenberqplatsda Vyana şəhərinin faşistlərdən azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleks önünə əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.
İkinci Dünya müharibəsində 600 mindən artıq Azərbaycan övladı alman nasizminə qarşı ön cəbhədə rəşadətlə vuruşub, onlardan yarısı müharibədən geri qayıtmayıb. Azərbaycan döyüşçülərindən ibarət diviziyalardan biri (46-cı ordunun 223-cü diviziyası) Vyananın azad edilməsində xüsusilə fərqlənib və buna görə həmin diviziya “Qırmızı bayraq” ordeni ilə təltif olunub.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Cəmiyyət 2024-05-10 02:57:00