×
A
A
A
Sazlamalar

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Bakı, 9 may, AZƏRTAC

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.
Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

İqtisadiyyat 2024-05-09 22:09:00