×
A
A
A
Sazlamalar

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Kiyev, 9 may, AZƏRTAC

Prezident Volodimir Zelenski Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat verilib.
Qanuna görə, səfərbərlik və hərbi vəziyyət 90 gün, yəni 2024-cü il avqustun 11-dək uzadıldı.
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri səfərbərlik və hərbi vəziyyət 11-ci dəfədir ki, davam edir.
Səfərbərlik 18 yaşından 60 yaşınadək kişilərə aiddir. Hərbi xidmətdən möhlət hüququ olan kişilər orduya çağırılmır.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-05-09 19:37:00