×
A
A
A
Sazlamalar

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Bakı, 8 may, AZƏRTAC
Bu ilin birinci rübündə Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 4 dəfə artaraq 153 milyon dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanın Bolqarıstana ixracı da 4 dəfədən çox artaraq 146 milyon dollar təşkil edib.
Nazir müavini bildirib ki, dövlətlərimiz arasındakı əməkdaşlıq ənənəvi olaraq ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır.
“Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvininq layihəsində birgə iştirak edib ki, bu da bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir”, - deyə S.Məmmədov bildirib.

İqtisadiyyat 2024-05-08 16:31:00