×
A
A
A
Sazlamalar

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Bakı, 8 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 97 min 735 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-aprel ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

İqtisadiyyat 2024-05-08 11:41:00