×
A
A
A
Sazlamalar

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Bakı, 7 may, AZƏRTAC

Mayın 6-7-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 175 və 286 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılmasıdır.
Ümumilikdə 280 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı tərəfindən məktəblilərə “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verilib.

İqtisadiyyat 2024-05-07 18:21:00