Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir
Bakı, 7 may, AZƏRTAC
Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38 faizlə birinci pillədə yer alıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Connecting Travel Insight Report” adlanan hesabat tanınmış “Jacobs Media” şirkəti tərəfindən hazırlanaraq mayın 7-də “ATM Dubai 2024” çərçivəsində təqdim olunub. Hesabatda göstəricilər cari ilin məlumatlarını əhatə etməklə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma müvafiq hesablanıb. Azərbaycanla yanaşı onluqda Misir, Tailand, Böyük Britaniya, İtaliya, Fransa, Gürcüstan, İsveçrə, Türkiyə və Maldiv Respublikası kimi ölkələr sıralanıb.
Tədbirdə çıxış edən Ümumdünya Səyahət və Turizm Təşkilatının (WTTC) Baş icraçı Direktoru Culiya Simpson Azərbaycanın, həmçinin “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım müşahidə olunub.
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib