Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
Moskva, 7 may, AZƏRTAC
Vladimir Putin Böyük Kreml sarayının Andreyevsk zalında keçirilən inauqurasiyada and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, RF Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Prezident hakimiyyəti rəmzlərini Vladimir Putinə təqdim edib.
Vəzifəsinin icrasına başlaması elan edildikdən sonra çıxış edən Vladimir Putin qeyd edib ki, Rusiya həlledici mərhələdən keçir və ölkə vətəndaşları RF rəhbərliyinin kursunun doğru olduğunu təsdiq ediblər. O deyib: “Biz Rusiyanın timsalında düzgün tərəfdaşını görən bütün ölkələrlə münasibətləri möhkəmləndirməyə açıq olmuşuq və bu, indi də belədir. Qərb ölkələri ilə dialoqdan imtina etmirik, seçim onlarındır”.
V.Putin vurğulayıb ki, Rusiya Avrasiya inteqrasiyası üzrə tərəfdaşları ilə birlikdə dünya nizamının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib