×
A
A
A
Sazlamalar

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib VİDEO

Bakı, 7 may, AZƏRTAC

Azərbaycanın 2022-2026-cı illər Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramının icrası ilə əlaqədar qadın sahibkarların inkişafı üçün 800 layihəyə 50 milyon manatdan çox kredit verilib.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, BMT-nin ekspertlərinin proqnozuna görə 2035-ci ilə kimi dünyada 200 milyon iş yeri yaradılacaq ki, bunun da 10 faizində qadınlar çalışacaqlar.
Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsi üzrə hazırladığı milli hesabatını şəffaf şəkildə hazırlayıb təqdim edir: “Bu günə kimi təqdim olunan proqram üzrə nəzərdə tutulmuş bütün işlər həyata keçirilib”.

 

İqtisadiyyat 2024-05-07 11:38:00

Video