×
A
A
A
Sazlamalar

“Dəli yığıncağı” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

Bakı, 7 may, AZƏRTAC

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun hazırlanan səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və digər aktyorlar ifa edir.

 

Mədəniyyət 2024-05-07 11:28:00