×
A
A
A
Sazlamalar

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin dörd ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 27,1 faiz azalıb.
AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından bu ilin əvvəlindən mayın 1-i tarixinə 1 milyard 798,6 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 2 milyard 468 milyon dollar gəlir əldə edilmişdi.

İqtisadiyyat 2024-05-07 10:38:00