×
A
A
A
Sazlamalar

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən mayın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 202,715 milyon dollar gəlir əldə edib.
AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 3,2 dəfə azalaraq 60,784 milyon dollar təşkil edib.

 

İqtisadiyyat 2024-05-07 10:36:00