×
A
A
A
Sazlamalar

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Bakıdan Dubaya aviabiletlərin qiyməti
Bir tərəfə:
* Gecə reysləri – 88 avrodan
* Səhər reysləri – 108 avrodan
Gediş-dönüş:
* Gecə reysləri – 168 avrodan
* Səhər reysləri – 208 avrodan
Dubaydan Bakıya aviabiletlərin qiyməti
Bir tərəfə:
* Gecə reysləri – 348 dirhəmdən
* Səhər reysləri – 428 dirhəmdən
Gediş-dönüş:
* Gecə reysləri – 666 dirhəmdən
* Səhər reysləri – 828 dirhəmdən
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kiloqrama qədər əl yükünün daşınmasına icazə verilir.
Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın!
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

İqtisadiyyat 2024-05-07 09:47:00