×
A
A
A
Sazlamalar

BMU məzunları ilə növbəti görüş təşkil olunub

Xırdalan, 6 may, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə məzunlarla tələbələrin növbəti görüşü keçirilib.
Görüş BMU Kimya Mühəndisləri Cəmiyyətinin dəstəyi ilə “MəzunTalks 2024” layihəsi çərçivəsində təşkil olunub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, öncə tədbirdə belə görüşlərin məqsədi, məzunlarla əlaqələrin qurulması üçün görülən işlər, bu məqsədlə həyata keçirilən müxtəlif layihələr, müəssisələrlə əməkdaşlıq, tələbələrin iş təcrübəsinin təşkili və s. istiqamətlər haqda danışılıb.
Sonra Memarlıq və inşaat fakültəsinin fərqli ixtisasları üzrə təhsilini başa vurmuş və hazırda ölkənin nüfuzlu şirkətlərində çalışan məzunları çıxış ediblər.
BMU məzunları -“PAŞA Sığorta” ASC-nin Satış hesabatlılığı və analitika şöbəsinin rəhbəri Vüsal Əhmədov, “Coders Azerbaijan” MMC-nin qrafik və istifadəçi interfeysi üzrə dizayneri Orxan Rəcəbov, BP şirkətinin əməkdaşları - Zibeydə Əliyeva, Emil Səlimov və Elvin Hüseynov təcrübələrini tələbələrlə bölüşüblər. Onlar tələbəlik dövründə uğurlu başlanğıcın bünövrəsinin qoyulması, hədəflərin müəyyənləşdirilməsi, əldə edilən biliklərin gələcək karyera imkanlarına təsiri, işəgötürənlərlə düzgün münasibətlərin qurulması, təcrübə proqramlarında iştirak, fərdi inkişaf, bilik və bacarıqların davamlı təkmilləşdirilməsi kimi məsələlərlə bağlı tövsiyələrini veriblər.
Görüşdə məzunlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Elm və təhsil 2024-05-06 15:53:00