×
A
A
A
Sazlamalar

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan dili, tarix və fizika üzrə respublika fənn olimpiadalarının final turunun yekun nəticələri elan edilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər.
Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.

Elm və təhsil 2024-05-06 15:01:00