×
A
A
A
Sazlamalar

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankda keçirilən görüşdə cari ilin ilk rübünün nəticələri və sektorun gündəmində olan mühüm məsələlər müzakirə olunub.
Görüş zamanı makroiqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında da fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2024-05-06 14:39:00