×
A
A
A
Sazlamalar

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Bakı, 6 may, AZƏRTAC

Nepal Ali Məhkəməsi ölkə hökumətinin üzərinə Everestə və digər dağ zirvələrinə qalxmaq üçün icazələrin sayını məhdudlaşdırmaq, həmçinin dağlıq regionda ətraf mühitin mühafizəsi və tullantıların idarə edilməsi üzrə tədbir görmək öhdəliyi qoyub.
AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.
Dünyanın on ən yüksək zirvəsindən səkkizi Nepalda yerləşir. Bu ölkə xüsusilə də zirvəyə qalxmaq üçün daha uyğun şəraitin olduğu yaz aylarında yüzlərlə macəra axtarışında olanları özünə cəlb edir.
Yerli vəkil Dipak Bikram Mişranın ekoloji ziyan vuran turizm axınını məhdudlaşdırmağı tələb edən petisiyası Nepal Ali Məhkəməsinin qərarı üçün əsas rolunu oynayıb.
Məhkəmə qərarının xülasəsində qeyd olunur ki, dağların əzəmətinə hörmətlə yanaşılması və icazələrin sayının müvafiq həddinin müəyyən edilməsi vacibdir.
Qərar aprelin sonlarında qəbul olunsa da, bu həftə dərc edilib. Bu sənədin tam mətni dərc edilmədiyi üçün zirvələrə qalxmaların məhdudlaşdırılacağı icazələrin sayı hələ məlum deyil.

Dünya 2024-05-06 13:42:00