×
A
A
A
Sazlamalar

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Bakı, 6 may, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratik azlığın lideri Hakim Ceffris amerikalı hərbçilərin Ukraynaya göndərilə biləcəyini istisna etmir.
AZƏRTAC xəbər verir ki, konqresmen bunu CBS News telekanalına müsahibəsində deyib.
“Biz Ukraynanın məğlubiyyətinə imkan verə bilmərik. Əks təqdirdə, ABŞ müharibəyə təkcə maliyyə ilə deyil, həm də ordu ilə müdaxilə etməli olacaq”, - deyə Hakim Ceffris bildirib. O, həmçinin Rusiyanın Ukrayna ilə qane olmayacağını vurğulayıb.
Konqresmen Rusiya Prezidenti Vladimir Putinin NATO müttəfiqləri üçün təhlükə yaradan Sovet İttifaqını yenidən bərpa etməyə çalışdığını iddia edib. Onun fikrincə, Nümayəndələr Palatasında Ukrayna üçün 61 milyard dollarlıq yardım paketinin təsdiqinin gecikməsi Respublikaçılar Partiyasına Moskva təbliğatının sızması və bəzi respublikaçıların Rusiyanı ABŞ-ın düşməni hesab etməməsi ilə bağlıdır.

 

 

 

Dünya 2024-05-06 13:39:00