×
A
A
A
Sazlamalar

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakı, 6 may, AZƏRTAC

Bu ilin aprel ayında “Bakı Metropoliteni” QSC-dən ilə 20 milyon 510 min 190 sərnişin daşınıb. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib.
Bakı metrosundan AZƏRTAC-a bildirilib ki, müvafiq güzəştli imtiyaza malik metropolitendən ödənişsiz əsaslarla istifadə edənlərin sayı 537 min 988 sərnişin olub. Ay ərzində yeraltı nəqliyyata ən çox sərnişin ayın 16-sı (810 min 689), ən azı isə ayın 7-si (395 min 658) daxil olub.
Cari ilin dördüncü ayının 10 qeyri-iş günündə metropolitendən 4 milyon 818 min 724 və yaxud orta hesabla gündəlik 481 min 872 sərnişin istifadə edib. Bu, ay ərzində daşınan bütün sərnişinlərin 23,49 faizi deməkdir. Aprel ayının 20 iş günündə Bakı metrosundan 15 milyon 691 min 466 sərnişin istifadə edib ki, bu da bütün sərnişinlərin 76,51 faizi deməkdir. İş günlərində orta statistik hesabla 784 min 573 sərnişinə daşıma xidməti göstərilib.
Ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında artım 7,6 faiz təşkil edib. Ümumiyyətlə, pandemiyadan əvvəlki ən çox sərnişin daşınan 2019-cu ilə nəzərən 2024-cü ilin aprelindən 4,6 faiz az, 2022-ci ilin eyni dövründən isə 14,6 faiz çox sərnişin daşınıb.
Ümumiyyətlə, bu il 2019-cu ilin 4 aylıq dövrü ilə müqayisədə 4 faiz az, 2022-ci və 2023-cü illərin həmin aylarına nəzərən, müvafiq olaraq, 16,5 faiz və 3,2 faiz çox sərnişin metrodan istifadə edib.

İqtisadiyyat 2024-05-06 12:54:00