Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq
Moskva, 6 may, AZƏRTAC
Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı yaxın vaxtlarda Cənub hərbi dairəsinin raket birləşmələri və Hərbi Dəniz Donanması qoşunlarının iştirakı ilə təlim keçirməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, təlim zamanı qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi məsələlərinin praktiki həlli üzrə kompleks tədbirlər həyata keçiriləcək.
RF Müdafiə Nazirliyi qeyd edib: “Təlim şəxsi heyətin hazırlığının təmin edilməsi və Rusiyanın suverenliyinə, ərazi bütövlüyünə qarşı Qərbin müəyyən rəsmi şəxslərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab verilməsi məqsədi daşıyır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik