×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) Avropanın qabaqcıl tibb müəssisələri və ali məktəbləri ilə əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlıdır.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər universitetin rektoru, professor Gəray Gəraybəylinin Almaniyadan olan qonaqlarla görüşündə səsləndirilib.
Professor Gəray Gəraybəyli Köln Universitetinin Professoru, Köln-Veyertal Xəstəxanasının ginekologiya və mamalıq şöbəsinin direktoru, Tomas Römer və xəstəxananın aparıcı həkimi, Vitten-Herdekce Universitetinin dosenti Elvin Piriyevlə görüşündə universitetin iştirak etdiyi beynəlxalq tərəfdaşlıq layihələrindən söz açıb. Rektor ATU məzunlarının rezidentura təhsili üçün daha çox müraciət etdiyi ölkələrdən birinin Almaniya olduğunu vurğulayıb. O bu ölkənin tibb təhsili müəssisələri ilə əməkdaşlığın yeni istiqamətlərinin müzakirəyə ehtiyacı olduğunu bildirib.

Cəmiyyət 2024-05-06 12:29:00