Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir
Paris, 6 may, AZƏRTAC,
Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransada dövlət səfərindədir. Bu, onun hakimiyyətə gəlişindən sonra Fransaya üçüncü səfəridir.
AZƏRTAC xəbər verir ki, Pekin və Paris arasında diplomatik münasibətlər qurulmasının 60-cı ildönümü münasibətilə təşkil olunmuş ikigünlük səfər çərçivəsində diplomatik müzakirələr aparılacaq. Habelə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.
Qeyd edilir ki, danışıqlarda beynəlxalq böhranlar, ilk növbədə Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyət, ticarət məsələləri, qlobal problemlər, xüsusilə iqlim fövqəladə halları və mühafizəsi, biomüxtəliflik və digər sahələrlə bağlı ümumi məsələlərin müzakirə olunacağı gözlənilir. Bu sıraya fransız şirkətlərinin Çin bazarına çıxışı da daxildir.
Xatırladaq ki, 2023-cü ildə Çinə səfəri zamanı Emmanuel Makron Si Cinpini Ukrayna ilə bağlı hamını danışıqlar masasına qaytarmağa çağırmışdı. Bir ildən sonra Paris yenə də Pekini Ukraynadakı münaqişənin “həllinə” töhfə verməyə təşviq etmək istəyir.
ÇXR Sədri Si Cinpinin Avropaya səfəri çərçivəsində mayın 7-də Serbiya və Macarıstana gedəcəyi bildirilir.
Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil