×
A
A
A
Sazlamalar

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Bakı, 6 may, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 5-də keçirilmiş imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Elm və təhsil 2024-05-06 11:57:00