×
A
A
A
Sazlamalar

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Bakı, 6 may, AZƏRTAC

İsrail Silahlı Qüvvələri (SAXAL) Qəzza sektorunun cənubunda HƏMAS hərəkatı ilə döyüşlərdə daha üç əsgərinin öldüyünü təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “Yedioth Ahronoth” qəzeti bu barədə SAXAL-ın mətbuat xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, HƏMAS hərəkatının Kerem-Şalom kəndinə endirdiyi raket zərbəsi nəticəsində 19 yaşlı iki serjant və 21 yaşlı hərbi qulluqçu ölüb, 11 nəfər yaralanıb.
Qeyd edək ki, İsrail ordusu Qəzza sektorunda yerüstü əməliyyata başlayandan bəri öldürülən yəhudi əsgərlərin sayı 266 nəfərə çatıb. Fələstin-İsrail münaqişəsində sonuncu gərginliyin başladığı 2023-cü il oktyabrın 7-dən bəri isə ümumilikdə 611 yəhudi hərbçisi həlak olub.

Dünya 2024-05-06 11:36:00