×
A
A
A
Sazlamalar

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bakı, 6 may, AZƏRTAC

Bizim Oğuz və Dədə Qorqud kimi əcdadlarımız olub və təəssüf ki, müəyyən vaxtlarda bizi tariximizdən, əcdadlarımızdan uzaqlaşdırmağa çalışıblar. Lakin nail ola bilməyiblər.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın mayın 6-da Bakıda keçirilən ikinci iclasında deyib.
O, 2021-ci ildə Bursada ortaq əlifbanın yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib: “Bizim öz gözəl dilimiz olduğu halda, niyə başqa dillərdə danışmalı, başqa əlifbadan istifadə etməliyik?”.
TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın iclas iştirakçılarına təbrikini çatdıran H.Həsənov türk dövlətlərinin hazırkı əlaqələrini, mövcud münasibətlərini intibahın dirçəlişi kimi qiymətləndirib. Qeyd edib ki, vaxtilə Azərbaycanda latın qrafikasına keçilməsinə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunub. Hazırda türk dövlətlərinin ortaq əlifbasının yaradılması üzərində iş gedir və Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərə böyük dəstək verir.

Cəmiyyət 2024-05-06 11:32:00