×
A
A
A
Sazlamalar

Monqolustanda meşə yanğınları artır

Bakı, 6 may, AZƏRTAC
Bu ilin əvvəlindən Monqolustanda 52 meşə və digər təbiət yanğınları qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Son dörd ayda 505 min hektara yaxın meşə və otlaq sahəsinin yandığı, bunun əsas səbəbinin insanların səhlənkarlığı olduğu bildirilir.
Hazırda ölkənin əksər ərazilərində isti və quraq hava şəraiti ilə əlaqədar meşə və çöl yanğınlarının baş vermə riskinin yüksək olduğu barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Monqolustanın sərt kontinental iqlimi var və yaz aylarında hava adətən quru və küləkli olur.

Dünya 2024-05-06 10:43:00