Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub
Bakı, 6 may, AZƏRTAC
Vyetnam anomal istilərdən əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, aprel ayında ölkədə yüzdən çox temperatur rekordu müşahidə edilib. Ölkədəki 102 meteoroloji stansiyadan yeddisi 43 dərəcə Selsini keçən istilik qeydə alıb. Həftə sonu 2 şəhərdə havanın temperaturu 44 dərəcə Selsini keçib.
Havanın kəskin isinməsi ölkənin mərkəzində yüz minlərlə balığın tələf olması ilə nəticələnib. Buna səbəb çay və göllərin quruması, həmçinin su ehtiyatlarının pis idarə edilməsidir.
Vyetnamla qonşu ölkələr də kəskin istilərdən əziyyət çəkir.
İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir
Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb
Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir
İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb