×
A
A
A
Sazlamalar

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Kiyev, 6 may, AZƏRTAC

Rusiyanın enerji infrastrukturuna kütləvi zərbələrinin son dalğası Ukraynaya 1 milyard dollardan çox ziyan vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko telemarafonun efirində məlumat verib.
“Bu gün bir milyard dollardan çox itkidən danışırıq, lakin hücumlar davam edir və zərərin artacağı qaçılmazdır”, deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın əsas hücumları istilik və hidroelektrik istehsal obyektlərinə, eləcə də elektrik enerjisinin ötürülməsi sistemlərinə yönəlib.
"Sistem bu gün stabildir, lakin vəziyyət kifayət qədər mürəkkəbdir", deyə Qaluşenko vurğulayıb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-05-06 00:44:00