×
A
A
A
Sazlamalar

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Cəbrayıl, 4 may, Səlim Rəhimzadə, AZƏRTAC

Bütün bunlar inanılmazdır. Bu regiona (işğaldan azad olunmuş ərazilərə – red.) səfər edərək burada minaların zərərsizləşdirilməsi prosesini izləmək, binaların müharibə nəticəsində dağıdılmasını görmək çox ağrılı olsa da, hazırda burada aparılan bərpa və yenidənqurma işləri Azərbaycana yenidən ümid verir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü Kamila Vaden söyləyib.
O, işğaldan azad edilmiş ərazilərin böyük potensialının olduğunu bildirərək deyib: “Bu ərazilərin minalardan təmizlənməsinə, insanların təhlükəsizliyi üçün çox əhəmiyyətli işlərin görülməsinə və bu torpaqların yenidən qurulmasına şahidlik etmək bizi çox sevindirir. Bu ərazilərin, həmçinin böyük turizm potensialı var".

Siyasət 2024-05-04 13:18:00

Video