® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
“Bakcell”in baş icraçı direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik etdi.
“Bakcell”in baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl “Bakcell” nömrəsi və 1 illik balans hədiyyə edildi və son model smartfon təqdim olundu. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən “Bakcell”in baş icraçı direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.
Görüş zamanı “Bakcell”in yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.
® “Unibank”ın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
“GreenAgroHack” startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var
Azərbaycanda bloklanmış IMEI kodlarla 1 milyon dəfədən çox şəbəkəyə qoşulma cəhdi olub