×
A
A
A
Sazlamalar

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndəsi: Azərbaycanda mötəbər yarışların təşkili həmişə yüksək səviyyədə olub

Bakı, 1 may, AZƏRTAC

"Azərbaycanda mötəbər yarışların təşkili həmişə yüksək səviyyədə olub. İnanıram ki, bizi bu dəfə də maraqlı mübarizə gözləyir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) Texniki Komitəsinin üzvü Abdulla Əl-Hammadi Bakıda keçiriləcək Dünya Koboku öncəsi təşkil olunan mətbuat konfransında deyib.
O, xoş qarşılanmaya görə Azərbaycana təşəkkür edib: "Burada hər kəs bizi isti qarşıladı. Bir çox ölkədə olmuşam. Amma əminliklə deyə bilərəm ki, Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşılardan biridir. Bu, onu göstərir ki, Azərbaycanda atıcılıq olduqca inkişaf edib".
ISSF rəsmisi bildirib ki, turnirdə 80-dən çox ölkənin 400-dən artıq idmançısı və 300-dən çox texniki heyətin iştirakı gözlənilir: "ISSF prezidenti Lusiana Rossi də yarışın yaxşı təşkili üçün öz dəstəyini əsirgəməyəcək".
Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

İdman 2024-05-01 12:24:00