×
A
A
A
Sazlamalar

Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış öncəsi təşkil olunan mətbuat konfransında deyib.
O, bu cür mötəbər turnirə 8-ci dəfə ev sahibliyi etməyin xoşbəxtlik olduğunu bildirib: "İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər".
Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

İdman 2024-05-01 11:35:00