×
A
A
A
Sazlamalar

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

İstanbul, 1 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin 12 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Məlumata əsasən, “BOZDOĞAN-34” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 41 nəfər saxlanılıb.
Əməliyyat nəticəsində çox sayda silah-sursat və valyuta aşkarlanaraq müsadirə edilib.

Dünya 2024-05-01 10:09:00