Bakıda havada tozun miqdarı normadan artıqdır
Bakı, 1 may, AZƏRTAC
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
Qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib
Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri
ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib
Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb