ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb
Bakı, 1 may, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərində qatarın Cənubi Kaliforniya Universitetinə məxsus avtobusla toqquşması nəticəsində 55 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Məlumata görə, toqquşma zamanı qatarda təxminən 150 nəfər, avtobusda isə iki nəfər olub. Zərərçəkənlərdən 18-i tibb müəssisələrinə çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə qənaətbəxşdir.
Polis hadisənin təfərrüatlarını araşdırır.
Çin kəşfiyyatına işləməkdə ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb
ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib
Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib
Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb
Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb