×
A
A
A
Sazlamalar

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Bakı, 1 may, AZƏRTAC
Mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 01-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Cəmiyyət 2024-05-01 08:38:00