Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır
Kiyev, 1 may, AZƏRTAC
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmaları alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat verib.
Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında dövlətlərinin suverenliyinə hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən imtina əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və sabitliyin təmin edilməsi, regionda təhlükəsizlik üçün zəruri şərtdir.
“Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik. Ukrayna Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır”, - deyə bəyanatda vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb
Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib
Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar