×
A
A
A
Sazlamalar

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Bakı, 1 may, AZƏRTAC

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Ən azı 30 nəfər yaralanıb və onlar xəstəxanaya aparılıb.
Hadisə çərşənbə günü gecə Meizhou şəhərində baş verib. Yolun dağılmış hissəsinin uzunluğu 18 metrə, sahəsi isə 184 kvadratmetrə yaxındır.
Yerli hakimiyyət orqanları bildiriblər ki, magistralın çökməsinə ötən həftə Quanqdonq əyalətində yağan güclü yağış səbəb ola bilər.

07:40

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Hadisə Meyçjou şəhərində baş verib. Xilasedicilər dağıntılar altından 31 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Dağıntıların təmizlənməsi işləri aparılır. Hadisənin səbəbləri araşdırılır.

Dünya 2024-05-01 09:44:00