×
A
A
A
Sazlamalar

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakı, 1 may, AZƏRTAC

ABŞ-ın Nyu-Meksiko ştatında Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında F-16 qırıcısı qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti aviabazanın bəyanatına istinadla məlumat yayıb.
Təyyarənin yeganə pilotunun sağ qaldığı bildirilib. Hazırda pilota tibbi yardım göstərilir.
Qəzanın səbəbləri açıqlanmayıb.

 

Dünya 2024-05-01 02:40:00