×
A
A
A
Sazlamalar

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

Ankara, 1 may, AZƏRTAC

Mayın 7-də Türkiyənin aparıcı ali məktəblərindən biri olan Ankaradakı Qazi Universitetində Qərbi Azərbaycanın yerli sakinlərinin deportasiyası mövzusuna həsr olunmuş beynəlxalq simpozium keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycandan məcburi köçürülmə” adlı simpoziumun təşkilatçıları Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Qazi Universitetinin nəzdindəki Türk dünyasının Tədqiqat və Tətbiqi Təşəbbüslər Mərkəzi, həmçinin Türkiyə Mədəniyyətlərarası Əlaqələr Assosiasiyasıdır.
Tədbir iştirakçıları arasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Qazi Universitetinin rektoru Musa Yıldız, ekspertlər, alimlər, ehtiyatda olan hərbçilər, yazıçılar, jurnalistlər var.
Azərbaycanlıların tarixi irsi və dədə-baba yurdlarına qayıtması ilə bağlı perspektivlər mövzusunda beş paneldən ibarət müzakirənin keçirilməsi planlaşdırılır. Tədbirdə azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyasının hüquqi nəticələri barədə fikir mübadiləsi aparılacaq.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

 

Cəmiyyət 2024-05-01 04:10:00