Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq
Vaşinqton, 30 aprel, AZƏRTAC
“Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik”.
AZƏRTAC-ın verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel ənənəvi mətbuat konfransında Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib.
Onun sözlərinə görə, bu məsələ ilə Dövlət katibi şəxsən məşğul olur: “Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib
Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar
ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib