×
A
A
A
Sazlamalar

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

Bakı, 30 aprel, AZƏRTAC

Keniyada güclü daşqınlar azı 91 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Keniya Daxili İşlər Nazirliyinin hesabatına əsasən, torpaq sürüşməsi və sel Mərkəzi Keniyadakı May-Mahiu şəhərində azı 46 nəfərin ölümü ilə nəticələnib. Su axını evləri, avtomobilləri, dəmir yollarını cənginə alıb.
Ümumilikdə, mart ayından davam edən leysan yağışları və daşqınlar Keniyada 169 nəfərin həyatına son qoyub. Hökumətin məlumatına görə, 185 mindən çox insan öz ev-eşiklərini tərk etmək məcburiyyətində qalıb.
Uzunsürən yağışlar Şərqi Afrika ölkələrinə də öz təsirini göstərib. Tanzaniya və Burundidə onlarca insan həlak olub, yüzlərlə sakin qaçqına çevrilib. Bununla belə, alimlər iqlim dəyişikliyinin daha intensiv və sıx ekstremal hava hadisələri əmələ gətirdiyini bildirirlər.

Dünya 2024-04-30 14:16:00