×
A
A
A
Sazlamalar

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Bakı, 30 aprel, AZƏRTAC
Böyük yeddilər qrupu (G7) ölkələri 2030-cu illərin birinci yarısında kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinin mərhələli şəkildə dayandırılması barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın energetika naziri Endryu Boui bildirib. Hazırda İtaliyanın Turin şəhərində toplanan G7 nazirləri iqlim, enerji və ətraf mühitlə bağlı müzakirələr aparırlar.
Qeyd edək ki, G7 ölkələri Kanada, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Yaponiyadan ibarətdir və görüşlərdə adətən Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri də iştirak edir.

Dünya 2024-04-30 11:25:00