Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur
Bakı, 30 aprel, AZƏRTAC
Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Aİ-də “TikTok” sosial şəbəkəsinin bloklanmasını istisna etmir.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu xanım Lyayen Niderlandın Maastrixt şəhərində keçirilən tədbirdə deyib. O, həmçinin Avropa Komissiyasının TikTok-u korporativ telefonlarda qadağan edən ilk təşkilat olduğunu xatırladıb.
Qeyd edək ki, Avropa İttifaqı ötən il avqustun 25-dən etibarən 19 onlayn platformanın fəaliyyətinə nəzarəti gücləndirmək qərarına gəlib. Hazırda onlara X, “TikTok”, instaqram, yutub, quql və “Amazon Store” kimi sosial şəbəkələr daxildir. Avropa Komissiyası yeni qanunun uşaqların müdafiəsi, həmçinin dezinformasiya ilə mübarizə məqsədi daşıdığını vurğulayıb.
AK-nin məlumatına görə, həmin platformaların Avropa qaydalarına uyğunluğu diqqətlə yoxlanılacaq və pozuntular aşkar ediləcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq olunacaq.
Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib
Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır
Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib
Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər