×
A
A
A
Sazlamalar

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Bakı, 23 aprel, AZƏRTAC
Bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür.
AZƏRTAC xatırladır ki, ötən il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini qurub.
Yeni yaradılan məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi keçirilib. Həmçinin dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Ordu 2024-04-23 12:19:00