İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
Bakı, 20 aprel, AZƏRTAC
İsveçli atlet Arman Dyuplantis Brilliant Liqası mərhələsində şüvüllə tullanmada 6.24 metrlik yüksəkliyi aşaraq, yeni dünya rekordunu müəyyənləşdirib. Yarışlar Çinin Syamen şəhərində keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlki dünya rekordu (6,23 metr) da Dyuplantisə məxsus olub və 2023-cü ilin sentyabrında Brilliant Liqasının finalında müəyyən edilib.
Dyuplantis 24 yaşındadır və karyerasında artıq səkkizinci dünya rekordunu vurmağa nail olub. İsveçli idmançı Olimpiya çempionudur, o, iki dəfə dünya və Avropa çempionatlarının qalibi olub.
Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək
Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib