×
A
A
A
Sazlamalar

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Bakı, 20 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb ediliblər.

 

Cəmiyyət 2024-04-20 17:46:00