Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
Bakı, 20 aprel, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə gimnastlar fərdi proqramda gürzlər və lentlə hərəkətlər üzrə təsnifat yarışlarında mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, ikinci günün ilk sessiyasının nəticələrinə əsasən çoxnövçülük yarışında lider dəyişikliyi olub. Belə ki, İtaliya gimnastı, dünya çempionu Sofiya Raffaeli 130,700 xal toplayaraq ilk pillədə qərarlaşıb. Ukraynalı Taisiya Onofriyçuk 130,350 xalla ikinci olub. Yarışa neytral statusda qatılan Alina Harnasko 126,600 xalla ilk üçlüyü tamamlayıb.
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Kamilə Seyidzadə növbəti sessiyada çıxış edəcəklər.
Milli Gimnastika Arenasında təşkil edilən yarışda Azərbaycanla yanaşı, 41 ölkəni təmsil edən 129 idmançı fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizə aparır. Turnirdə Azərbaycanı ümumilikdə 8 gimnast təmsil edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Turnirə aprelin 21-də yekun vurulacaq.
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb