Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
Bakı, 20 aprel, AZƏRTAC
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Almaniyanın “Bavariya” komandasına rəhbərlik edə bilər.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis bu postda mövsümün sonunda klubdan ayrılacaq Tomas Tuxeli əvəzləyəcək.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar aparılıb. Avstriya yığması almaniyalı çalışdırıcının Münxen təmsilçisinə keçəcəyi halda müqaviləni pozmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçi Tomas Tuxellə 2025-ci ilin yayınadək olan müqavilənin vaxtın əvvəl pozulması barədə qarşılıqlı razılıq əldə ediblər.
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar