×
A
A
A
Sazlamalar

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

Bakı, 20 aprel, AZƏRTAC

“Emirates” aviakompaniyası regiona yağan güclü leysan səbəbindən dörd gündür fəaliyyəti pozulan Dubay Beynəlxalq Hava Limanında normal uçuş cədvəlinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkətin Baş direktoru Tim Klarkın açıqlamasında deyilir.
“Aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib. Hava limanının tranzit zonasında qalan sərnişinlər yenidən qeydiyyatdan keçib. Onlar hazırda təyinat yerlərinə göndərilir”, - deyə məktubda bildirilir.
Bu arada aşağı büdcəli “Flydubai” aviaşirkəti də Dubay Beynəlxalq Hava Limanının ikinci və üçüncü terminallarından uçan reyslərin normal fəaliyyətini bərpa edib.

Dünya 2024-04-20 14:20:00